Ukrayna Gürcüstanla konstruktiv dialoqa hazırdır
Ukrayna Gürcüstanla münasibətlərin bərpasına ümid edir və konstruktiv dialoqu davam etdirməyə hazırdır.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Şurasının Brüsseldəki iclasından əvvəl bildirib.
Onun sözlərinə görə, iki ölkə liderlərinin İrəvandakı son görüşü tarixi olub və “yaxşı fikir mübadiləsi” aparmağa imkan verib:
“Biz gürcü tərəfdaşlarımızla yeni səhifə açmaq istəyirik. Biz bu konstruktiv dialoqu davam etdirməyə hazırıq. Yaxın vaxtlarda Moldovada Gürcüstandan olan həmkarımla görüşüm olacaq”.
Sibiqa əlavə edib ki, Kiyev “ikitərəfli münasibətlərin diplomatik xəttini lazımi şəkildə qurmaq” niyyətindədir:
“Xalqlarımız, cəmiyyətlərimiz buna layiqdir. Bəli, ikitərəfli gündəlikdə bəzi həssas məsələlərimiz var, amma biz irəliləməyə hazırıq”, – deyə ukraynalı nazir qeyd edib.
Bizi WhatsApp – da izləyin.