Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilib – VİDEO
Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Baş nazir İrakli Kobaxidze, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmiləri, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak ediblər.
Tədbirdə Baş nazir İrakli Kobaxidze, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışıblar.
Çıxışlardan sonra xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub. Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.
Mərasimin sonunda layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Məlumat üçün onu da bildirək ki, BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Bizi WhatsApp – da izləyin.