Abdulkadir Uraloğlu: Dəniz yolu ilə dəhlizlərin qarşılaşdığı sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu anlayarıq
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istismara verilməsi iştirakçı ölkələrin rifahına ciddi töhfə verəcək.
Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlaması zamanı deyib.
Nazirin sözlərinə görə, layihə Türkiyə, Azərbaycan və Gürcüstan liderlərinin iradəsi ilə həyata keçirilib. O qeyd edib ki, dünyada dəniz yolu ilə dəhlizlərin qarşılaşdığı sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu daha yaxşı anlamaq olar.
“Ona görə də deməliyəm ki, bu dəhliz ən mühüm marşrutlardan biridir. Burada illik 5 milyon ton yük daşınması nəzərdə tutulur”, – deyə türkiyəli nazir bildirib.
Bizi WhatsApp – da izləyin.