Gürcüstanda Yol Cərimələri Azaldıla Bilər – Kobaxidze
Baş nazir İrakli Kobaxidze bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin azaldılması məsələsi gündəmə gələ bilər.
O, bu barədə hökumət administrasiyasında keçirilən brifinq zamanı danışıb.
Baş nazirin sözlərinə görə, son bir ilin statistikası göstərir ki, cərimələrin artırılması ilə yol hərəkəti qaydalarının pozulması hallarının azalması arasında birbaşa əlaqə müşahidə olunmayıb.
“Biz daim statistik göstəriciləri izləyirik və cərimələrin artırılmasının nəticələrə necə təsir etdiyini qiymətləndiririk. Son bir ilin məlumatlarında isə cərimələrin artması ilə pozuntuların azalması arasında birbaşa korrelyasiya görmədik.
Buna görə də, cərimələrin əhali üçün yük olduğunu nəzərə alaraq, parlamentlə birlikdə onların azaldılması variantını müzakirə edə bilərik”, – deyə İrakli Kobaxidze bildirib.
Bizi WhatsApp – da izləyin.