Gürcüstan Məktəblərində Yeni Dərsliklərin Tətbiqinə Başlanılır
Məktəblərdə yeni dərsliklərin mərhələli şəkildə tətbiqinə başlanılacaq.
Bununla bağlı parlament sürətləndirilmiş qaydada “Ümumi Təhsil haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Qanun layihəsi parlamentə Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən təqdim olunub. Sənədə əsasən, nazirlik tərəfindən hazırlanmış məktəb dərslikləri 2026–2027 və 2027–2028-ci tədris illəri ərzində ayrı-ayrı siniflər və fənlər üzrə mərhələli şəkildə tədris prosesinə daxil ediləcək.
Layihəyə görə, 2028-ci il sentyabrın 1-dən etibarən ümumtəhsil müəssisələri tədris fəaliyyətini yalnız nazirlik tərəfindən hazırlanmış və ya nazirliklə razılaşdırılmış dərsliklər əsasında həyata keçirməli olacaqlar.
Yeni dərsliklərin hazırlanması və onların tədris prosesinə inteqrasiyası mərhələlərlə həyata keçiriləcək. Prosesin 2028–2029-cu tədris ilinin başlanmasına qədər tam başa çatdırılması nəzərdə tutulur.
Bizi WhatsApp – da izləyin.