Tehranda Xamenei ilə vida mərasimi davam edir: Minlərlə insan küçələrə axışdı
İranın paytaxtı Tehranda İranın mərhum keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin vida mərasimi davam edir.
Tehranın ən böyük dini kompleksi olan Mosalla ibadət kompleksinin qarşısına minlərlə insan toplaşaraq mərhum ali dini liderə son ehtiramını göstərir.
Bildirilib ki, mərasim iştirakçıları “Qisas, qisas” şüarları səsləndirirlər. Yerli KİV-in məlumatına əsasən, izdiham arasında “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları da səsləndirilir.
Mərasimə qatılanların bir hissəsi “Tramp, qatil. Səni öldürəcəyik” sözləri yazılmış plakatlar qaldırıblar.
Vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edir. Qeyd edək ki, dünən keçirilmiş vida mərasimində də bir sıra ölkələrin rəsmiləri iştirak edib.
Qeyd edək ki, mərasimdə onun oğlu və İranın yeni ali dini lideri Müctəba Xamenei iştirak etməyib.
Məlumata görə, Ayətullah Əli Xameneinin cənazəsi bazar ertəsinə qədər Mosalla ibadət kompleksində saxlanılacaq. Daha sonra çərşənbə axşamı Qum şəhərinə, çərşənbə günü isə İraqa aparılacaq. Dəfn mərasiminin yekun hissəsi iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçiriləcək.
Bizi WhatsApp – da izləyin.