Baş nazir: “Dövlət universitetlərində tələbələrin motivasiyası üçün yeni mexanizmlər tətbiq ediləcək”
Gürcüstanın dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq. Bununla yanaşı, tələbələrin motivasiyasını itirməməsi üçün müəyyən mexanizmlər nəzərdə tutulub.
Bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin sözlərinə görə, əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilmirsə, bu, onun tədris prosesində kifayət qədər fəal iştirak etmədiyini göstərir.
“Ödənişsiz ali təhsillə bağlı çox aydın bəyanat verildi. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün tam ödənişsiz olacaq. Eyni zamanda, tələbələrin motivasiyasını itirməməsi üçün müəyyən mexanizmlər müəyyən edilib. Əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilmirsə, bu, onun tədris prosesinə kifayət qədər ciddi şəkildə qoşulmadığını göstərir. Belə hallarda üçüncü semestrdən etibarən dövlət maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulur. Bunun yeganə məqsədi tələbələrin təhsilə marağını və motivasiyasını artırmaqdır”, – deyə Baş nazir bildirib.
Bizi WhatsApp – da izləyin.