Məktəb və uşaq bağçalarında tədris prosesi bu tarixdən başlayacaq – RƏSMİ
Məktəblərdə 2026–2027-ci tədris ili sentyabrın 15-də başlayacaq. Bu barədə Təhsil, Elm və Gənclər Nazirliyi Mshoblebi.ge-yə məlumat verib.
Sentyabrın 15-də Tbilisinin dövlət uşaq bağçalarında da tədris prosesi bərpa olunacaq. Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyindən bildirilib ki, uşaqlar məhz həmin gündən bağçalara qayıdacaqlar.
Xatırladaq ki, 2026–2027-ci tədris ilindən etibarən birinci sinif şagirdləri məktəbə yeni, vahid məktəbli forması ilə gedəcəklər. Təhsil Nazirliyinin məlumatına görə, məktəbli formasının mərhələli şəkildə tətbiqinə ilk olaraq I siniflərdən başlanılacaq.
Givi Mikanadzenin sözlərinə görə, bu il formaların təqdimatı üç mərhələdə həyata keçiriləcək. Sentyabrın 15-də bütün birinci sinif şagirdləri üzərində sol tərəfdə Gürcüstanın dövlət gerbi təsvir olunmuş yeni gürcü milli məktəbli forması ilə məktəbə gedəcəklər. Birinci semestr ərzində I sinifdən VI sinfə qədər bütün şagirdlər məktəbli forması ilə təmin olunacaqlar.
Bizi WhatsApp – da izləyin.