Ölkəmizdə dövlət bayraqları yarıya endirilib

Rusiya və Gürcüstan arasında baş verən 2008-ci ilin avqust müharibəsinin başlamasından 18 il keçir.

Müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar yarıya endirilib.

Xatırladaq ki, 2008-ci ilin avqustun 7-dən 8-nə keçən gecə başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürcüstanın 408 vətəndaşı həlak olub. Onlardan 170-i hərbçi, 14-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, 224-ü isə dinc sakin olub.

Ümumilikdə 2 232 nəfər yaralanıb, 26 min nəfər isə qaçqın vəziyyətinə düşüb. Müharibə Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı, daha sonra isə Abxaziya və Çxinvali bölgələrindəki qondarma qurumların müstəqilliklərinin tanıması ilə nəticələnib.

Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni işğal olunmuş ərazi olaraq elan edib.

Bizi WhatsApp – da izləyin.