Qarşıdakı günlərin hava proqnozu

Avqustun 14-dək ölkə ərazisində qeyri sabit hava şəraiti hökm sürəcək.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qeyd olunan dövrdə ölkə ərazisində ara-bir yağış yağacağı, küləyin əsəcəyi və şimşək çaxacağı, bəzi yerlərə dolu düşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, gözlənilən yağıntılar nəticəsində Gürcüstan çaylarında suyun səviyyəsinin qismən artması, kiçik çaylarda daşqınların baş verməsi, eləcə də ölkənin dağlıq və dağətəyi zonalarında torpaq sürüşmələrinin və sel hadisələrinin baş verməsi təhlükəsi mövcuddur.

Avqustun 14-dək havanın temperaturu gündüzlər +30, +33°, gecələr isə +19, +21° təşkil edəcək.

Bizi WhatsApp – da izləyin.