Gürcüstanda qanunsuz silah gəzdirən 5 nəfər saxlanıldı

Tbilisi, Kvemo Kartli, İmereti, Şida Kartli və Samtsxe-Cavaxeti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirilən polis-profilaktik tədbirlər nəticəsində beş nəfəri saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, onlar odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasında ittiham olunurlar.

Hüquq-mühafizə əməkdaşları saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində axtarış aparıblar. Axtarış zamanı maddi sübut qismində müxtəlif modelli odlu silahlar və döyüş sursatı, o cümlədən 2 avtomat, 3 tapança, 6 daraq, səsboğucu və 41 patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.