15 yaşlı Umut Tbilisi gölündə itkin düşüb
Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev Tbilisidə göldə boğularaq həyatını itirib.
Məlumata görə hadisə ötən gün saat 18:30 radələrində baş verib. Məlumata görə, Umut dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib və qəfil suda boğulub. Hadisə yerinə xilasedicilər çağırılsa da, onun tapılması mümkün olmayıb.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Bizi WhatsApp – da izləyin.