DİQQƏT! Bu gündən etibarən nəqliyyat vasitələrinin hərkəti zamanı…

Bu gün 1 sentyabrdan etibarən Gürcüstanda nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan səs-küy səviyyəsinin yoxlanılması beynəlxalq ISO standartlarına uyğun portativ cihaz vasitəsilə həyata keçiriləcək.

Belə ki, yaşayış məntəqələrində gecə saatlarında, yəni 23:00-dan 08:00-dək, nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy 80 desibeldən çox olmamalıdır.

Sentyabrın 1-dən etibarən Daxili İşlər Nazirliyinin səlahiyyətli bölmələri nəqliyyat vasitələrinin yaratdığı səs-küy səviyyəsini ölçmək üçün ISO 5130:2019 beynəlxalq standartına uyğun portativ ölçmə cihazlarından istifadə edəcək.

Qanun pozuntusuna görə cəzalar belədir:

• İlk dəfə: 100 lari cərimə və 10 balın silinməsi;

• Təkrar: 200 lari cərimə və 20 balın silinməsi;

• Üçüncü və sonrakı hallar: 300 lari cərimə və 30 balın silinməsi.

Bizi WhatsApp – da izləyin.