Svanetidə 20 yaşlı qız itkin düşüb – axtarışlar davam edir

Svanetidə 20 yaşlı qız itkin düşüb. Hazırda onun axtarışı və xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Məlumata görə, 20 yaşlı qız Svanetidə kirayə götürdüyü avtomobillə tək səyahət edib.

Yayılan məlumatlara əsasən, qıza məxsus avtomobil Calaadi buzlağı yaxınlığında aşkarlanıb. Calaadi buzlağı isə Mestia ərazisində yerləşir.

Hazırda xilasedicilər tərəfindən qızın tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. Hadisə ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

Bizi WhatsApp – da izləyin.