Türkiyənin daxili işlər naziri Gürcüstana rəsmi səfərə gəlib

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin dəvəti ilə nümayəndə heyəti ilə birlikdə Gürcüstana rəsmi səfərə gəlib.

Mustafa Çiftçini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili qarşılayıb.

Səfər çərçivəsində iki ölkənin daxili işlər nazirləri geniş tərkibdə görüş keçirəcəklər.

Həmçinin Gürcüstan və Türkiyənin daxili işlər nazirliklərinin Polis Akademiyaları arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Qeyd edək ki, görüş başa çatdıqdan sonra nazirlər birgə açıqlama verəcəklər.

Bizi WhatsApp – da izləyin.