26 özəl təyyarə ilə Gürcüstana aviaekspedisiya təşkil olunub
Gürcüstan Xarici İşlər Nazirliyinin dəstəyi və Lüksemburqdakı Gürcüstanın fəxri konsulunun təşkilatçılığı ilə Lüksemburqdan Gürcüstana 26 özəl hava gəmisindən ibarət aviaekspedisiya keçirilir.
Ekspedisiyanın iştirakçıları sentyabrın 2-dən 8-dək Gürcüstanda qalacaq, ölkənin müxtəlif bölgələrinə səfər edəcək və aviasiya kəndinin açılış mərasimində iştirak edəcəklər.
Aviaekspedisiyanın əsas məqsədi Gürcüstanın turizm və investisiya imkanlarının tanıdılması, həmçinin Gürcüstan və Avropanın özəl aviasiya sektorunun nümayəndələri arasında əlaqələrin gücləndirilməsidir.
Səfər çərçivəsində Gürcüstan hökumətinin nümayəndələri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
Bizi WhatsApp – da izləyin.