Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Cari ilin ilk 6 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 12 milyard 925 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz artım deməkdir.

Bu barədə Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentdə 2026-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı 6 aylıq hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, xarici ticarətin 3 milyard 876 milyon dolları ixracın, 9 milyard 49 milyon dolları isə idxalın payına düşüb.

Giorgi Kakauridze vurğulayıb ki, Gürcüstanın ən böyük ticarət tərəfdaşı hələ də Avropa İttifaqı (Aİ) ölkələridir. Aİ ölkələrinin Gürcüstanın xarici ticarət dövriyyəsindəki payı 20,1 faizidir.

Bizi WhatsApp – da izləyin.