İnterpolun “Qırmızı bülleteni” ilə axtarışda olan şəxs Batumidə saxlanıldı
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun “Qırmızı bülleteni” ilə beynəlxalq axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar.
Saxlanılan şəxs Yunanıstan hüquq-mühafizə orqanlarının tələbi əsasında külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə axtarışda olub.
Hüquq-mühafizə əməkdaşları axtarışda olan şəxsi Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.
Bizi WhatsApp – da izləyin.