Məktəb zonalarında avtomobillərin sürəti məhdudlaşdırılacaq
Məktəblərin ətrafında yol hərəkəti qaydalarının sərtləşdirilməsi planlaşdırılır. Xüsusi nişanlanmış məktəb zonalarında avtomobillərin saatda 30 kilometrdən yüksək sürətlə hərəkət etməsinə qadağa qoyulması nəzərdə tutulur.
Bu barədə Gürcüstanın 2026–2030-cu illər Milli Yol Təhlükəsizliyi Strategiyası və 2026–2027-ci illər üzrə Fəaliyyət Planında qeyd olunub.
Sənədə əsasən, qanunvericilikdə “məktəb zonası” anlayışının müəyyənləşdirilməsi, bu ərazilərdə maksimal sürət həddinin 30 km/saat olaraq müəyyən edilməsi və hazırda tətbiq olunan 15 km/saatlıq sürət toleransının məktəb zonalarında yenidən nəzərdən keçirilməsi planlaşdırılır.
Strategiyada bildirilir ki, bu dəyişikliklər məktəb ərazilərində nəqliyyat vasitələrinin orta hərəkət sürətinin azaldılmasına və azyaşlıların təhlükəsizliyinin əhəmiyyətli dərəcədə artırılmasına xidmət edəcək.
Bundan əvvəl bütün dövlət məktəblərinin ətrafındakı mövcud infrastrukturun yol təhlükəsizliyi üzrə qurumlararası komissiyanın hazırladığı tövsiyələrə uyğunluğu qiymətləndiriləcək.
Bundan əlavə, məktəb zonalarında və onların ətrafında piyadaların təhlükəsizliyinin artırılması məqsədilə kompleks infrastruktur tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bizi WhatsApp – da izləyin.