Yeni milli tədris planında tarix və kimya üzrə dəyişikliklər
Gürcüstanda yeni milli tədris planına əsasən, kimya fənninin tədrisinə VIII sinif əvəzinə VII sinifdən başlanılacaq.
Yenilənmiş tədris planında tarix fənninin tədrisi ilə bağlı da dəyişiklik nəzərdə tutulub.
Sənədə əsasən, VII sinif şagirdləri “Dünya tarixi” və “Gürcüstan tarixi” fənlərini ayrıca öyrənəcəklər.
Yeni plana görə, “Dünya tarixi” VII sinifdə, “Tarix” VIII-IX və XI-XII siniflərdə, “Gürcüstan tarixi” isə VII və X-XII siniflərdə tədris olunacaq.
Bundan əlavə, vətəndaş təhsili çərçivəsində “Vətəndaşlıq” fənni VII-XII siniflərdə, məcburi layihələr vasitəsilə tədris isə XI-XII siniflərdə həyata keçiriləcək.
Bizi WhatsApp – da izləyin.