Azərbaycan səfiri Gürcüstanın daxili işlər naziri ilə görüşüb
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev sentyabrın 24-də Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə görüşüb.
Bu barədə məlumatı Azərbaycanın Gürcüstandakı Səfirliyi yayıb.
Məlumata görə, görüş zamanı nazirliyin prioritet fəaliyyət istiqamətləri və həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud olan sıx və dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb, iki ölkənin hüquq-mühafizə orqanları arasında səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa xüsusi diqqət yetiriblər.
Görüşdə həmçinin ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub və müxtəlif istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinə hazır olduqları bildirilib.
Tərəflər birgə səylər nəticəsində Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları arasında mövcud tərəfdaşlığın daha da dərinləşdiriləcəyini qeyd ediblər.
Bizi WhatsApp – da izləyin.