2027-ci ildə Gürcüstanda pensiyalar artırılır – yeni məbləğlər açıqlanıb

2027-ci il dövlət büdcəsinin layihəsinə əsasən, səhiyyə və sosial xərclərin 830 milyon lari artırılması nəzərdə tutulur.

Əhalinin pensiya təminatı üçün ayrılan vəsait 555 milyon lari artırılacaq.

Məlumata əsasən, 70 yaş və yuxarı şəxslərin pensiyası 60 lari artaraq 555 lariyə, dağlıq ərazilərdə isə 665 laridən yuxarı məbləğə çatacaq.

70 yaşadək pensiyaçıların ödənişi isə 20 lari artırılaraq 390 lari, dağlıq ərazilərdə isə 468 lari olacaq.

Əlilliyi olan şəxslərin sosial ödənişlərinin indeksasiyası üçün əlavə 60 milyon lari ayrılacaq.