Gürcüstanda dövlət sektorunda maaşlar artırılır
2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin variantına əsasən, gələn ildən dövlət sektorunda baza vəzifə maaşı artırılaraq 1 735 lari olacaq.
Bunun nəticəsində dövlət sektorunda çalışanların əməkhaqları 8,4%-dək, əməkhaqqı fondu isə 395 milyon lari artacaq.
Baza vəzifə maaşının artırılması dövlətdə siyasi vəzifə tutan şəxslərin əməkhaqlarına da təsir edəcək.
Büdcə layihəsinə əsasən, parlament üzvlərinin aylıq maaşı 13 880 lariyə, illik əməkhaqqı isə 166 560 lariyə çatacaq.
Bizi WhatsApp – da izləyin.