Ermənistan vətəndaşı dərmanları gizli saxlanc yerində Gürcüstana keçirməyə cəhd edib
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birgə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirib.
Nəticədə gömrük sərhədindən xüsusilə külli miqdarda malın keçirilməsi qaydalarının pozulması faktı üzrə bir nəfər ifşa edilib.
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı Gürcüstanın gömrük sərhədindən müxtəlif adda dərman preparatları keçirməyə cəhd edib. Dərmanların gömrük dəyəri 44 892 lari təşkil edib.
Məlumata görə, şəxs “Sadaxlı” gömrük-keçid məntəqəsindən keçərkən dərmanları idarə etdiyi minik avtomobilinin baqaj hissəsində yerləşən qaz balonunun içərisində, xüsusi hazırlanmış gizli saxlanc yerindən istifadə etməklə gömrük nəzarətindən gizli şəkildə Gürcüstana keçirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.
Qeyd olunan maddə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.