Tbilisinin Afrika qəsəbəsində evdə partlayışdan sonra yanğın baş verib, 1 nəfər ölüb

Tbilisinin Afrika qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Xidmətindən məlumat verilib.

Məlumata görə, yanğın evdə baş verən partlayışdan sonra başlayıb. İlkin versiyalardan birinə əsasən, odun sobasının yaxınlığında benzinlə dolu butulka olub. Bu isə əvvəlcə partlayışa, daha sonra güclü yanğına səbəb olub.

Bizi WhatsApp – da izləyin.