Tbilisi və regionlarda patrul polisi yeni avtomobillərlə təmin olundu
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin avtomobil parkı yenilənib.
Nazirliyin məlumatına görə, patrul polisinin istifadəsinə 300-ə yaxın yeni avtomobil verilib.
Avtomobillər paytaxt Tbilisi ilə yanaşı, regionlar üzrə də bölüşdürülüb.
Bildirilib ki, yeni nəqliyyat vasitələri arasında həm minik avtomobilləri, həm də dağlıq ərazilər üçün nəzərdə tutulmuş yüksək keçid qabiliyyətli avtomobillər var. Həmçinin, ekoloji baxımdan daha səmərəli olan hibrid modellər də parkda yer alır.
Qurumdan qeyd olunub ki, yeni avtomobillər polis fəaliyyətinin effektivliyinin artırılmasına və ictimai təhlükəsizliyin daha da gücləndirilməsinə xidmət edəcək.
Bizi WhatsApp – da izləyin.