Xobidə çayda itkin düşən 32 yaşlı qadının meyiti tapılıb
Xobi bələdiyyəsinin Kariata kəndində çayda iki gün davam edən fasiləsiz axtarış-xilasetmə işlərindən sonra 32 yaşlı qadının meyiti tapılıb.
Hadisə avqustun 6-da baş verib.
Məlumata görə, güclü çay axını ana və uşağı aparıb. Uşaq çaya daxil olub və güclü axına düşüb. Anası isə onu xilas etməyə çalışarkən çay axını onu da aparıb.
Uşağın meyiti hadisədən bir neçə dəqiqə sonra yerli sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb. Ananın axtarış-xilasetmə əməliyyatı isə bütün gün və bu gün də fasiləsiz davam etdirilib. Axtarış işlərinə yerli sakinlər də qoşulub.
Hadisə yerinə polis əməkdaşları, Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Bizi WhatsApp – da izləyin.