Qızılın qiyməti avqustun 5-dən bəri ilk dəfə 4250 dollardan aşağı düşüb

“Comex” birjasında qızıl füçerslərinin qiyməti avqustun 5-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 4250 dollar həddindən aşağı enib.

Bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub.

Tbilisi vaxtı ilə saat 05:12-yə olan məlumata görə, füçerslərin qiyməti 1.74% ucuzlaşaraq bir trua unsiyası üçün 4246.2 dollar təşkil edib.

Saat 05:20-yə doğru isə bu geriləmə sürətini azaldıb. Qızılın dəyəri bir trua unsiyası üçün 4251.7 dollar səviyyəsində qərarlaşıb ki, bu da əvvəlki göstəricidən 1.61% azdır.

Bizi WhatsApp – da izləyin.