Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü: İki nəfər xəsarət aldı

Kvareli bələdiyyəsində 15 şagirdi daşıyan mikroavtobus qəzaya düşüb.

Hadisə yeniyetmələr Çantliskuridən Axalsoplinin 1 saylı dövlət məktəbinə aparıldığı zaman baş verib.

Şahidlərin sözlərinə görə, mikroavtobus minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki şagird müxtəlif sınıq xəsarətləri alıb.

Digər şagirdlərə isə ehtiyat tədbiri olaraq ilkin tibbi müayinə aparılıb. Faktla bağlı araşdırma başlanılıb.

Bizi WhatsApp – da izləyin.