Noyabrın 22-si matəm günü elan edildi
Kvemo Poniçalada yaşayış binasında baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2026-cı il noyabrın 22-si Gürcüstanda matəm günü elan olunub.
Bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisində dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, noyabrın 19-da Poniçalada yaşayış binasının beşinci mərtəbəsində təbii qazın toplanması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Bizi WhatsApp – da izləyin.