VİDEO – İlham Əliyev yol qəzası keçirən Binəli Yıldırıma xəstəxanada baş çəkib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına gədərək Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.
RealNews AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.
Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlət başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.