Qardabanidə əhali ilə görüş keçirilib – FOTO

Qardabani bələdiyyəsinin Kalinino inzibati ərazi vahidliyində əhali ilə görüş keçirilib.

Görüşdə “Gürcü Arzusu” partiyasının deputatlığa namizədi Savalan Mirzəyev, Qardabani Meri Davit Kargarateli, müavini Fuad Mirzəyev, Bələdiyyə sədrinin müavini Samir Xiyalov eləcə də digər rəsmilər və sakinlər iştirak ediblər.

Görüşdə yerli əhali üçün prioritet məsələlər müzakirə edilib. Həmçinin “Gürcü Arzusu”nun idarəçilik dövründə həyata keçirilən layihələrdən, gələcək planlardan danışılıb.

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin və ölkədə əmin-amanlığın qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Bizi WhatsApp – da izləyin.