Rustavidə yaşayış binası uçub
Rustavidə üç mərtəbəli yaşayış binasının bir hissəsi uçub.
Bədbəxt hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir.
Məlumata əsasən, bina qəzalı vəziyyətdə olub və sakinlərin müraciəti əsasında binada müvafiq layihəyə uyğun olaraq möhkəmləndirmə işlərinə başlanılıb. Fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mqebrişvili jurnalistlərə verdiyi müsahibəsində, uçqun altından 40 yaşlarında bina sakinin çıxarıdığını qeyd edib. Mqebrişvilinin sözlərinə görə, hadisə yerinə 50-dən artıq xilasedici cəlb olunub və təhlükəsizlik məqsədilə yaşayış binası boşaldılıb. Təxliyə edilən sakinlər müvəqqəti olaraq yaşayış yeri ilə təmin ediliblər.