Rustavidə 3 yaşlı Azərbaycanlı uşaq faciəvi şəkildə dünyasını dəyişib
Rustavi şəhərində bədbəxt hadisə nəticəsində 3 yaşlı körpə dünyasını dəyişib. Hadisə təxminən 17:00 radələrində baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata əsasən, valideyni ilə birlikdə yol kənarında minik avtomobilindən çıxan körpə, qaçaraq yolu keçməyə çalışıb. Bu zaman qarşıdan gələn sərnişin avtobusu dayana bilməyib və uşaq avtobusun altında qalıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Onu da bildirək ki, körpə xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən yolda olarkən dünyasını dəyişib.