Tbilisidə əl qumbarası partladılıb

Tbilisidəki otellərdən birində əl qumbarası partladılıb.
Məlumta görə hadisə ötən gün gecə baş verib.

Belə ki, oteldə qalan bir nəfər, gecələdiyi otaqda əl qumbarası partladıb.

Partlayış nəticəsində xəsart alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi araşdırma aparır.