Gürcüstanda 2002-ci ildən axtarışda olan şəxs 20 il sonra saxlanılıb

Gürcüstanda 20 ildir ki, axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxs 2002-ci il sentyabr ayının 4-də Çiaturada Ninoşvili küçəsində odlu silahdan atəş açaraq bir nəfəri qətlə yetirib.

Hadisə zamanı onunla birlikdə olan şəxs isə bir nəfəri yaralayıb. Yaralı şəxs 2 gün sonra xəstəxanada dünyasını dəyişib.

Onu da bildirək ki, cinayət törədənlərdən biri 2004-cü ildə həbs edilsə də, digəri 20 il ərzində axtarışda olub.