Rustavidə avtomobil ana və 2 azyaşlı körpəsini vurub

Rustavi şəhərində avtomobil yolu keçmək istəyən ana və 2 azyaşlı körpəni vurub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, təxminən 30 yaşlarında qadın əlində bir neçə aylıq körpəsi və 7 yaşlı övladı ilə yolu keçərkən “Opel” markalı avtomobil onları vurub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və polis cəlb edilib.

Yaralılar ilkin olaraq “Rustavi” klinikasına, daha sonra isə Tbilisidəki klinikalardan birinə aparılıblar.