Gürcüstanda işsizlik səviyyəsi azalıb – STATİSTİKA
2022-ci ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Bu barədə ölkənin Milli Statistika Xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, Gürcüstanda işsizlik səviyyəsi 3.9% azalaraq, 15.6% təşkil edib. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müxtəlif sahələrdə maaşla işləyənlərin sayı 52 min nəfər (6,0%) artaraq 913,8 min nəfər, özünüməşğulluq fəaliyyəti ilə məşğul olanların sayı isə 25,8 min (6,2%) artaraq 444,3 min nəfərə çatıb.