Gürcüstana onlarla iPhone keçirmək istəyən Pakistan vətəndaşı saxlanılıb

Tbilisi hava limanında ölkəyə çox sayda mobil telefon keçirməyə çalışan bir nəfər saxlanılıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, gömrükçülər şübhə əsasında Pakistan vətəndaşı S.M.-ə məxsus çantaya və üzərinə baxış nəticəsində bəyan edilməmiş mobil telefonlar (ümumi sayı 27 ədəd) aşkar ediblər.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 41 643 lari təşkil edib.