Rustavidə 18 yaşlı qız 20 yaşlı qızı bıçaqlayıb

Rustavidə 20 yaşlı qız bıçaqlanıb. Yaralı Rustavi Mərkəzi Xəstəxanasına çatdırılıb.

Klinika direktorunun sözlərinə görə yaralıya qarın nahiyəsindən soyuq silahla xəsarət yetirilib.

Gecə saatlarında baş verən hadisənin hansı səbəbdən törədildiyi məlum deyil.

Onu da bildirək ki, Daxili İşlər Nazirliyi cinayət törətməkdə şübhəli bilinən şəxsi artıq həbs edib. Əldə olan məlumata görə, 18 yaşlı qız saxlanılıb.