Gürcüstan vətəndaşlarının ümumi pensiya aktivləri neçə milyarddır? – STATİSTİKA
2022-ci il dekabrın 1-nə Gürcüstan vətəndaşlarının ümumi pensiya aktivləri 2,85 milyard lari təşkil edib. Bundan investisiya fəaliyyəti nəticəsində əldə edilən xalis gəlir isə 418 milyon lari olub.
Qeyd edək ki, ümumilikdə 1 milyon 173 min nəfər tətbiq edilən pensiya proqramının üzvüdür. Pensiya Agentliyinin noyabr ayı hesabatına əsasən, proqram fəaliyyətə başladıqdan (1 yanvar 2019-cu il) 2022-ci ilin noyabr ayına qədər real gəlir (inflyasiya nəzərə alınmaqla) 1,7%, xalis gəlir isə 40% təşkil edib.
İnvestisiya hesabatına əsasən, aktivlərin 81,2%-i lari, 18,8%-i isə xarici valyutadadır. Bu günə olan məlumata görə, aktivlərin coğrafi bölgüsü belədir: 82,4%-i yerli aktivlər, 17,6%-i isə xarici aktivlər.