Rusiyanın işğal etdiyi ərazilərdə verilən səyahət sənədlərinin tanınmaması barədə qərar təsdiqlənib

Avropa İttifaqı Şurası Rusiyanın işğal etdiyi ərazilərdə verilən səyahət sənədlərinin tanınmaması barədə qərarı təsdiqləyib. Bu barədə Avropa İttifaqı Şurasının rəsmi səhifəsində dərc olunmuş press-relizdə deyilir.

Sözügedən qərar nəticəsində Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən verilmiş sənədlərlə Şengen zonasına daxil olmaq və ya səyahət vizası almaq qadağan ediləcək.

Onu da bildirək ki, bu ərazilərdə verilən Rusiya səyahət sənədləri artıq qadağan edilib və ya Aİ-yə üzv dövlətlərdə qadağan olunmaq mərhələsindədir.