Tbilisi metrosu texniki nasazlığa görə sərnişinlərə pulsuz xidmət göstərir

Tbilisi metrosu texniki nasazlığa görə sərnişinlərə pulsuz xidmət göstərir.

Tbilisi nəqliyyat şirkətinin bildirdiyinə görə, yaranan problem səbəbilə metro müvəqqəti olaraq sərnişinlərə pulsuz xidmət göstərəcək.

Onların məlumatlarına görə, müvafiq qruplar problemin aradan qaldırılması istiqamətində iş aparır.

Məlumat üçün onu da bildirək ki, ötən gün də metronun Saburtalo xəttində texniki nasazlıq səbəbindən qatarların hərəkətində gecikmə və dayanmalar olub.