Telavidə kənd sakini qonşusunu güllələyib
Telavi bələdiyyəsinin Tsinandali kəndində qonşular arasında yaranan mübahisə tərəflərdən birinin güllələnməsi ilə nəticələnib.
Belə ki, ilkin məlumata görə təxminən 50 yaşlı kişi qonşusu tərəfindən aşağı ətraf nahiyəsindən güllə yarası alıb. Yerli sakinlərin sözlərinə görə, qonşular arasında münaqişə mal qara oğurluğu səbəbilə başlayıb. Qonşusunu oğurluqda ittiham edən kənd sakini onu güllələyib. Yaralı xəstəxanaya çatdırılaraq, əməliyyat edilib.
Məlumat üçün onu da bildirək ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 177 və 236-cı qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə istintaq başladılıb.