Əlində pirotexniki vasitə partlayan uşaq barmağını itirib

Rustavidə bir azyaşlı əlində pirotexniki vasitənin partlaması nəticəsində barmağını itirib.

Klinikadan “İnfo Rustavi”yə verilən məlumata görə, 9 yaşlı uşağın əli əməliyyat olunub və onun səhhəti hazırda stabildir.

Məlumata görə, Yeni il gecəsi pirotexniki vasitələrin partlaması ilə əlaqədar onlara müraciət edən 8 xəstədən 6-sı artıq evə buraxılıb.