İtkin düşmüş Nəzərli kənd sakinini tapan şəxsə pul mükafatı veriləcək – VİDEO

Qardabani rayonunda itkin düşmüş 83 yaşlı Aslanpaşa Mövlayevi tapan şəxsə böyük məbləğdə pul mükafatı təqdim ediləcək.

RealNews xəbər verir ki, bu barədə itkin düşmüş Aslanpaşa Mövlayevin ailə üzvləri bildiriblər. Hər kəsdən axtarış işlərinə dəstək göstərməyi xahiş edən ailə üzvləri tapan şəxsə yüksək məbləğdə pul mükafatı təqdim edəcəklərini açıqlayıblar.

Məlumat üçün onu da bildirək ki, Qardabani rayonunun Nəzərli kənd sakini Aslanpaşa Mövlayev yanvar ayının 6-da saat 03:00 radələrində yaşadığı evdən çıxaraq gedib. Ailə üzvləri onun eşitməqüsurlu və əqli xəstə olduğunu bildirirlər.

Qeyd edək ki, məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarının əməkdaşları da itkin düşmüş şəxsin axatarışlarını davam etdirirlər.

Görən şəxslərdən aşağıda qeyd olunan nömrəylə və ya 112 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur:

+995 599 80 86 16