14 yanvar Dövlət bayrağı günüdür

14 yanvar ölkəmizdə dövlət bayrağı günüdür.

Ölkənin hazırki qırmızı rəngli 5 xaçdan ibarət bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiq olunub və rəsmi şəkildə yanvarın 14-ü Dövlət Bayrağı Günü elan edilib. Gürcüstanda bayraq günü 2012-ci ildən rəsmi olaraq təntənəli şəkildə qeyd edilir.

Onu da bildirək ki, Gürcüstan dövlət bayrağı 13-cü əsrə aid hesab edilir və öz qədimliyinə görə, Danimarkanın bayrağından sonra dünyada ikinci yerdədir. Bu gün vətəndaşlara ölkənin simvolu olan Gürcüstan bayrağını dövlətin bütün binalarından, pəncərələrdən, balkonlardan, öz evlərinin damlarından, hətta avtomobillərindən asmağa icazə verilib.

Məlumat üçün bildirək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cu ildə isə ölkə bayrağının dəyişdirilməsinə qərar verilib.