İtkin düşmüş Nəzərli kənd sakini tapıldımı? – YENİ MƏLUMATLAR

Qardabani rayonunun Nəzərli kənd sakini, itkin düşmüş 83 yaşlı Aslanpaşa Mövlayev haqqında yeni məlumatlar əldə edilib.

Belə ki, Aslanpaşa Mövlayevin Kosalı kəndində, videonəzarət kameralarının birində yeni görüntüləri tapılıb.

Bundan əlavə onun Gürcüstan-Azərbaycan sərhəddini qanunsuz keçərkən Azərbaycanlı hərbiçilər tərəfindən saxlanılması barədə xəbərlər yayılsa da, saxlanılan şəxsin Aslanpaşa Mövlayev olmadığı məlum olub.

Digər bir məlumata görə isə, o, Rustavi şəhərində görülüb və Qırmızı körpüyə gedəcəyini bildirərək bir şəxsdən yol pulu istəyib. Ancaq həmin ərazidə videonəzarət kameraları olmadığından qeyd edilən məlumatın doğruluğu təsdiq olunmayıb.

Onu da bildirək ki, Aslanpaşa Mövlayevin axtarışları artıq 9-cu gündür ki, ailə üzvləri, könüllülər və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən davam etdirilir.

Xatırladaq ki, Nəzərli kənd sakini Aslanpaşa Mövlayev yanvar ayının 6-dan itkin düşüb. Onun eşitmə qabiliyyəti məhduddur və əqli xəstədir.

Ailəsi onu tapan şəxsə böyük məbləğdə pul mükafatı təqdim edəcəyini açıqlayıb.

Görən şəxslərdən aşağıda qeyd olunan nömrəylə və ya 112 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur:

+995 599 80 86 16