Marneulidə təcili tibbi yardım avtomobilinin vurduğu piyada dünyasını dəyişib – FOTO

Marneulidə təcili tibbi yardım avtomobili bir nəfəri vurub. Hadisə nəticəsində 50 yaşlarında kişi dünyasını dəyişib.

Hadisə 19:00 radələrində Marneulinin Candar massivi yolunda baş verib.

Məlumata əsasən, təcili tibbi yardım avtomobili Marneulidən paytaxt Tbilisiyə əməliyyat olunması üçün təcili uşaq aparırmış.

Əraziyə ekspert kriminalistlər və təcili tibbi yardım briqadaları cəlb olunub, faktla bağlı araşdırma başladılıb.