Gürcüstan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib
“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik”
Bu barədə Gürcüstan XİN-dən bildirilib.
“Hər hansı diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, yanvarın 27-də səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.